stanford-universiteti-pesekar-inkisaf-merkezinin-telimleri-bakida-kecirlecek

Stanford Universiteti Peşəkar İnkişaf Mərkəzinin təlimləri Bakıda keçirləcək

Biznesdə rəqabətin sürətlə artması dünyada, eləcə də Azərbaycanda intellektual kapitalın inkişafında, həmçinin sahibkarlıq fəaliyyətində innovasiyaların tətbiqinin zəruriliyini daha da artırmışdır. 

Ölkəmizdə aparılan islahatların başlıca istiqamətlərindən olan və biznesin real tələblərini əks etdirən bu yanaşmalar yeni bazar tendensiyalarını da özü ilə gətirməkdədir. Bütün bunları nəzərə alaraq, bazarın resurs və tələblərinə uyğun innovasiyaların formalaşdırlması və biznesdə tətbiqi yollarını öyrənmək, eləcə də bu istiqamətdə dünya bazarı ilə inteqrasiyanı rentabelli təmin etmək üçün “İnnovasiya və Akselerasiya (iX) Proqramı” Bakıda keçirləcəkdir.

“İnnovasiya və Akselerasiya (iX) Proqramı” çərçivəsində olan bu təlimlər Stanford Universiteti Peşəkar İnkişaf Mərkəzinin və dünayanın beyin mərkəzi hesab olunan Silikon Vadisinin aparıcı mütəxəsisləri tərəfindən keçiriləcəkdir.  Proqram Qlobal İnnovasiyalar Katalizatoru (Global İnnovation Catalyst) şirkəti ilə Stanford Universiteti Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılır.

Proqram çərçivəsində innovativ ideyaların biznesə çevrilməsi və sahibkarlığın inkişaf etdirilməsi üzrə sessiyalar 10 həftəlik olmaqla onlayn və üzbəüz formada keçirləcək. Bu unikal proqram biznes təşəbbüskarlarına, özəl və dövlətin müvafiq strukturlarında fəaliyyət göstərənlərə bazarın tələblərinə uyğun innovativ həll yollarının formalaşdırlması və tətbiqi yollarını öyrədir.

Proqramın məzunlarına Stanford Peşəkar İnkişaf Mərkəzinin sertifikatı verilir.

Proqramın modulları haqqında ətraflı məlumat almaq, həmçinin qeydiyyatdan keçmək və Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq üçün linkə daxil ola bilərsiz: http://globalinnovationcatalyst.com/ixprogram.html