İsveçrə alimləri su, karbon qazı və Günəş işığından alternativ yanacaq yaradıblar.
Elm adamlarının bununla bağlı tədqiqatlarının nəticələri “Joule” jurnalında dərc olunub.
Bunun üçün mütəxəssislər Günəş enerjisi istehlak edən qüllə layihəsi hazırlayıblar. Bu dizayn qalıq yanacaqları əvəz etmək üçün sintetik yanacaq istehsal etməyə qadirdir. Bunun üçün oraya su və karbon qazı əlavə etmək lazımdır; hasilat digər sahələrlə yanaşı, aviasiya sənayesində də istifadə oluna bilən kerosinin analoqudur. Eyni zamanda, buraxılan karbon qazının miqdarı qüllədə yanacaq hasil etmək üçün lazım olan miqdara bərabərdir ki, bu da onu karbon-neytral edir.
Oxu.Az