subaru-istehsala-2-hefte-fasile-verecek

Subaru istehsala 2 həftə fasilə verəcək

Avtomobil istehsalçısı Subaru, mühərrik və əyləc sistemlərində istifadə edilən çip tədarükü problemi səbəbilə Yaponiyadakı zavodlarında istehsala müvəqqəti fasilə verəcəyini açıqlayıb.

Ağıllı telefon və 5G şəbəkə avadanlıqları çiplərinə artan tələb ilə əlaqədar olaraq, avtomobil istehsalçıları tədarük çətinliyi çəkməyə davam edirlər.

Subaru, paytaxt Tokio yaxınlarındakı Gunma əyalətində 2020-də təxminən 570 min avtomobil istehsal etdiyi mühərrik və montaj zavodunda istehsalı təxminən 2 həftə dayandıracaq.

Fasilə Subarunun Forester SUV ilə Legacy sedan modellərinin istehsalına mənfi təsir edəcək.

Marja