Ekspertlər bu il süni intellektin necə inkişaf edəcəyindən danışıblar. Süni intellektin ən populyar istiqamətlərindən biri tamamlanmış analitika (augmented analytics) olacaq. İnsider.az-ın məlumatına görə, bu barədə “FleishmanHillard” kommunikasiya şəbəkəsinin araşdırmasında deyilir.
Daha bir populyar istiqamət periferik hesablamalar (edge computing) olacaq. Bu, şəbəkə çərçivəsində verilənlər mənbəyinin bilavasitə yaxınlığındakı informasiyanın desentralizasiya edilmiş emalı konsepsiyasıdır.
Periferik hesablamalar onlayn rejimdə internetə qoşulmuş cihazlardan lokal verilənləri təhlil etməyə imkan yaradacaq. Bununla yanaşı, analitiklər izah edir ki, onların ayrıca serverlərə köçürülmə zərurəti olmayacaq. Bu prossesə olan marağı ekspertlər 5G şəbəkələrin inkişafı ilə əlaqələndirirlər.
Virtual, tamamlanmış və qarışıq reallıqlar da aktiv şəkildə inkişaf edəcək. Onlar kompüteri cihazdan “texnoloji mühitə” çevirəcək və “istifadəçilərə yeni təəssüratlar yaratmağa və yeni industriyalar kəşf etməyə” imkan verəcək.
“FleishmanHillard”-ın proqnozuna görə, bu texnologiyaların ən nəzərəçarpan təsiri riteyl, sənaye istehsalatı və səiyyəyə olacaq.
Daha bir populyar istiqamət “ağıllı parçalar” olacaq. Analitiklərin sözlərinə görə, elektron tekstil, geyim haqda adət edilmiş təsəvvürü dəyişərək, dizaynerlər və istehsalçı-şirkətlər tərəfindən daha tez-tez tətbiq olunacaq.
Ekspertlər, həmçinin kvant kompüterləri mövzusuna və müxtəlif obyekt və prosseslər üçün rəqəmsal əkizlərin yaradılmasına da marağın artacağını gözləyirlər.
Samirə Məmmədova