suni-intellekt-dunyanin-sonuna-sebeb-ve-ya-helldir

Süni İntellekt Dünyanın sonuna səbəb və ya həlldir?

Kompüterlər məlumatları artıq bizdən daha sürətlə emal edə bilirlər. Onlar daha çox xatırlaya və onlar bunu dağılmadan və ya ilişmədən, yorulmadan, xətasız yadda saxlaya bilirlər. Bu yenilik deyil. Lakin son illərdə kompüter inqilabı süni intellektdə inqilab oldu. Süni intellekt bizi uzun müddət etibarlı intellekt nişanı kimi sayılan şaxmat və Go kimi oyunlarda narahat edə bilər. Onlar anidən şəkili bir neçə xırda xəta ilə tanıya bilirlər. Onlar fond bazarında sizin brokerdən daha yaxşı oynaya bilərlər. Onlar mətn üzərindən hardasa insanın bacardığı dərəcədə danışıq apara bilərlər. Onlar sizin edə biləcəyiniz bir çox şeyi edə bilərlər, üstəlik onlar bunu sizdən daha yaxşı bacararlar.

Süni intellektin öyrənməyi öyrəndiyi ifadəsindən daha asan təsvir vermək mümkün deyil. Bu insana xas əlamətdir, lakin Süni intellektin insan beynindən daha çox məlumatları istifadə edə və bu məlumatları insan beyninin təsəvvür edə biləcəyindən daha sürətlə emal edə bilməsi, onun daha sürətli və diqqətli şəkildə tədqiq olunma potensialı var. Hal-hazırda bu tədqiq yetərincə dar sahələr ilə məhdudlaşıb, lakin bu bacarıq genişlənirsə, Süni intellekt bu ada layiq olmağa imkanı var. Biz ağıllıyıq, çünki əvvəl-axır Homo Sapiens-in mənası "müdrik insan" deməkdir. Lakin Süni intellekt super intellektual ola bilər.

Yəqin ki, xəbərdarlığı eşitmisiniz. "Tesla" və "SpaceX"-in banisi Elon Mask Süni intellekti "bizim bir sivilizasiya kimi qarşılaşdığımız ən böyük risk" və ümumi Süni intellekt yaratmağı "şeytanı səsləmək" adlandırıb. Mərhum Stiven Hokinq deyib ki, "süni intellektin tam inkişafı insan irqinin məhvinə səbəb ola bilər". Əsl Sİ yaranmamışdan qabaq biz "Terminator", "Matris", "Kosmik Kreyser" və "Vəhşi Qərb Dünyası" kimi filmlərdə təsvir olunan intellektual maşınların baş qaldırıb, onların yaradıcıları olan insanları məhv etmələri kimi qorxulu hadisələrlə əylənirdik.

Süni intellekt sonuncu ekzistensial riskdir, çünki bizim məhvimizə insan iltellektinin məcmusunu təşkil edən varlıq səbəb ola bilər. Ancaq Süni intellekt həmçinin ekzistensial riskin əks tərəfi olan bir çoxlarının “ekzistensial ümid" adlandırdıqlarının əsas mənbəyidir.

Amma əgər süni intellekt sadəcə süni intellekt deyil, super intellekt olsa, onda heç bir şey mümkünsüz olmayacaqdır. Biz ulduzları zəbt edə, şüurumuzu virtual cənnətə yükləyərək əbədi yaşaya, insan olmağın bir parçası olan bütün ağrı və xəstəlikləri aradan qaldıra bilərdik. Ekzistensial fəlakət əvəzinə ekzistensial “evkatastrof” (hadisənin qəflətən xoşbəxt, sevincli yekunu) deyilən bir şeyi - qəfil dəyər partlayışını yarada bilərdik. Yeganə maneə zəkadır - öz biologiyamız və təkamülümüzün qoyduğu bir maneədir. Ancaq heç bir məhdudiyyəti olmayan silikon yaradıcılığımız onu kənara çəkə və bizi özləri ilə apara bilər.

Ən yaxşı Süni intellekt hazırlayan şirkətlər və ya ölkələr digər dünya üzərində dominantlıq etmək vəziyyətində olacaqlar. Buna görədir ki, yaxın zamana kimi Süni intellektin təhlükəsiz inkişafının təmin edilməsi, ekzistensial riskin minimallaşdırılması və ekzistensial ümidin maksimallaşdırılması ilə bağlı tədqiqatlar barədə də az düşünürdülər.

Samirə Məmmədova