suni-intellekt-ucun-en-boyuk-prosessor-teqdim-edilib

Süni intellekt üçün ən böyük prosessor təqdim edilib

"Cerebras" şirkəti "Hot Chips" konfransında 1,2 trilyon tranzistorun quraşdırıldığı və məxsusi olaraq süni intellektlə işi üçün yaradılan "Cerebras Wafer Scale Engine" prosessorunu təqdim edib.

İnsider.az xəbər verir ki, çipin ölçüsü 203 x 229 mm təşkil edir ki, bu da ümumi təyinatlı nəhəng "Nvidia" prosessorundan 57 dəfə böyükdür. İstehsalçı nümayəndələrinin sözlərinə görə, bir neçə mikrosxemi birləşdirməkdə əsas problem məlumatların ötürülməsində qaçılmaz yubanmadır. Vahid çip isə bu problemi aradan qaldırmağa imkan verir.

Məlumata görə, çipə 400 min nüvə və 18 giqabayt tutumlu yaddaş quraşdırılıb. Bunun sayəsində 9 Pbit/saniyə buraxılış qabiliyyəti dəstəklənir.

"Cerebras Wafer Scale Engine" prosessorunun enerji sərfiyyatı 15 kilovat təşkil edir. Tərtibatçıların sözlərinə görə, onlar çipin fəaliyyətini poza bilən çirkləndirmənin qarşısını almağa nail olublar.

ICTnews