Süni intellektin tətbiqini əks etdirən qlobal indeksdə Azərbaycan 64-cü yerdədir.
İnsider.az xəbər verir ki, bu barədə "Oxford Insights"ın məlumatında qeyd olunub.
Məlumata görə, ölkəmiz bu baxımdan qonşu Gürcüstanı (76-cı yer), Ermənistanı (81-ci yer) və İranı (72-ci yer) qabaqlayıb.
İlk 3-lükdə isə Sinqapur, Almaniya və Böyük Britaniya qərarlaşıb.
2030-cu ilə qədər süni intellektin qlobal iqtisadiyyata 15 trilyon dollarlıq fayda verəcəyi gözlənilir.
©Report