İsveç texnologiya şirkəti tərəfindən hazırlanan süni intellektli robot iş üçün müraciət edən namizədlərlə görüşməyə başlayıb.
İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, isveç şirkəti Furhat Robotics tərəfindən hazırlanan "Tengai" adlı robot ictimai əlaqələr mütəxəssisi əvəzinə iş görüşmələrinə girir, namizədlərlə müsahibə edə bilir.
İsveçin Upplands-Bro bələdiyyəsində işə qəbul üçün istifadə edilən "Tengai" hər hansı bir ön mühakimə olmadan namizədlərə sual verə bilib.
"Tengai" iş müsahibəsinin birinci mərhələsində namizədlərini kiçik bir test sınağından keçirib. Robot namizədlərin yaşına, cinsinə, görünüşünə, etnik mənsubiyyətinə, səs tonuna və vurğularına məhəl qoymur. Hər bir sual eyni qaydada və eyni sıra ilə soruşulur.
Robotun bəzi ifadə və jestləri də var. Büst formasında olan ekranın üzərinə şəffaf bir maska yerləşdirilərək istifadə edilir və qarşısındakı namizədin üz görüntüsü bu maskaya əks olunur.
Qeyd edək ki, "Tengai"-nin yaxın gələcəkdə iş görüşmələrində namizədlərlə ön mühakiməsiz müsahibə aparması və düzgün seçim edilməsi baxımından bir nümunə olacağı gözlənilir.