Şuşa və Bakıda Türk Dövlətləri Təşkilatının diaspor sahəsinə cavabdeh olan nazirlərinin iclası keçiriləcək.
Bu barədə TDT-dən bildirilib.
Qeyd olunub ki, tədbir 20-21 dekabrda təşkil olunacaq.
Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr isə qurumun müşahidəçi üzvüdür.