tebrizle-azerbaycan-arasinda-sernisin-qatari-ise-dusub-1-ay-pulsuz-isleyecek

Təbrizlə Azərbaycan arasında sərnişin qatarı işə düşüb - 1 AY PULSUZ İŞLƏYƏCƏK

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb. 

İran mətbuatı xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq. 

Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir. 

Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür. 

© "Report"