tehran-vasinqtonun-tezyiq-potensialinin-tukendiyini-hesab-edir

Tehran Vaşinqtonun təzyiq potensialının tükəndiyini hesab edir

İran prezidenti Həsən Ruhani bəyan edib ki, Vaşinqtonun Tehrana təzyiq potensialı tükənib və ölkədə vəziyyət ötən il ilə müqayisədə nəzərə çarpacaq qədər yaxşılaşıb. İnsider.az-ın verdiyi məlumata əsasən, ölkə başçısının bəyanatı hökumət saytında dərc olunub.

“Bu andan etibarən ABŞ-ın təzyiqi öz gücünü itirməyə başlayacaq”, - Ruhani bildirib.

Xatırladaq ki, son ay ərzində ABŞ və İran arasında münasibətlər olduqca kəskinləşib. Amerika hökuməti İranın əsas iqtisadi sahələrinə qarşı sanksiya tətbiq edib və sanksiya təzyiqlərini gücləndirməyə davam edir. ABŞ, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu təşkilat elan edib. Buna cavab olaraq, İran ABŞ Hərbi Qüvvələrin Mərkəzi Komandanlığını terrorçu təşkilat, Birləşmiş Ştatların özünü isə “terrorizmin sponsoru olan dövlət” olaraq tanıyıb.

Münasibətlərin bu dərəcədə kəskinləşməsinə baxmayaraq, Donald Tramp İranla müharibədən yan qaçmağa ümid etdiyini, İran isə Vaşinqtona müqavimət göstərməyə davam edəcəyini, lakin ABŞ-la müharibə aparmaq niyyətində olmadığını bildirib.

Samirə Məmmədova