telefon-qiymetine-enerji-doldurma-cihazi-teqdim-edilecek

Telefon qiymətinə enerji doldurma cihazı təqdim ediləcək

Samsung-un bazara çıxarmağa hazırlaşdığı 45W sürətli enerji cihazı ən aşağı səviyyə bir ağıllı telefon qiymətinə satılması düşünülür.

İnsider.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Samsung-un "Galaxy Note 10" seriyası ilə yeni 45W sürətli adapterini təqdim edəcəyi gözlənilir. Ancaq "Galaxy Note 10" sahibləri bu cihaza sahib olmaq üçün əlavə ödəniş ödəmək məcburiyyətində qalacaqlar, çünki 45W sürətli enerji doldurma cihazı "Galaxy Note 10" qutusundan çıxmayacaq. Ancaq bu hələ Samsung tərəfindən təsdiqlənməyib.

Hollandiyanın veb saytı "GalaxyClub"-un məlumatına görə, qara və ağ iki fərqli rəngdə olacaq, 45 Vt sürətli şarj cihazı 56 dollara satılacaq. Bu iddiaya əsasən bu cihaz ölkəmizdə 100 manatdan yüksək olacaq.

Ortaya çıxan başqa şaiyəyə görə isə Samsung "Galaxy Note 10"-lar qutusuna 25W adapteri yerləşdirəcək. Samsung-un 45W sürətli enerjı qurğusunun "Galaxy Note 10"-un qutusundan çıxmaması kimilərinə görə yaxşı, kimilərinə görə isə pis xəbər hesab edilir. Çünki sürətli şarj cihazına sahib "Galaxy Note 10" normal qiymətinə görə bir az daha bahalı ola bilər.

Nübar Lətifli