telegram-blokceyn-platformasina-giris-verib

“Telegram” blokçeyn-platformasına giriş verib

“Telegram” öz “TON” (Telegram Open Network) blokçeyn-platformasının test versiyasına girişi açıq edib.

İnsider.az bu barədə “Vedomosti”-yə istinadla xəbər verir.

Məlumata görə, "test.ton.org" saytında blokçeyn-platformasının ilkin kodları və konfiqurasiya faylları, həmçinin blokçeyn-şəbəkənin düyününü və validatorunu (kriptovalyuta ilə tranzaksiyaların təqdiqi üçün) necə quraşdırmaq barədə təlimatlar peyda olub.

Saytda yerləşdirilmiş bütün sənədləşmənin müəllifi Pavel Durovun qardaşı və “Telegram”-ın həmtəsisçisi olan Nikolay Durov göstərilib. “TON”-u istənilən şəxs test edə bilər.

Qeyd edək ki, “TON” fərdi servisləri, tətbiqləri və saytların analoqları olan blokçeyn üzərində ekosistemdir. Yaradıcılarının ideyasına əsasən, “Gram” kriptovalyutası üçün ödəmə sistemi “TON”-un vacib hissəsi olmalıdır.

Samirə Məmmədova