telegram-da-geocatlar-yaradilib

“Telegram”-da geoçatlar yaradılıb

“Telegram” messencerində geoçatlar (iştirakçılarının coğrafi yerləşməyə bağlı olan kütləvi çatlar) imkanı yaranıb.

İnsider.az-ın məlumatında görə, tərtibatçıların press-relizində deyilir ki, belə çatın yaradılması üçün menyuda “Bağlantılar” əlavə səhifəsini seçmək və “Yaxınlıqdakı insanları tapmaq” bölməsini seçmək lazımdır.

Bundan başqa, tətbiqdə bundan sonra telefon nömrəsi olmayan istifadəçiləri də əlavə etmək mümkündür. Daha bir yenilik istifadəçinin administratoru olduğu kanala olan hüquqlarını başqasına ötürmək imkanıdır.

Yeni funksiyalar “iOS” və “Android” əsaslı cihazların sahibləri üçün əlçatandır. Həmçinin messencerin yaradıcıları istifadəçilərə onların daxil etdiyi dəyişiliklərin görünüşünün rahat olması üçün “iOS”-dakı “Telegram”-ın xarici görünüş ayarlarını sadələşdiriblər.

Qeyd edək ki, “Telegram”-ın geoçatları test etməyə başlaması barədə iyunun ortasında məlum olmuşdu.

Samirə Məmmədova