“Telegram” mesencerində yeni funksiya aktivləşib. Belə ki, bundan sonra “Telegram”da da hekayə bölümü olacaq.
Hələlik yalnız istifadəçilər foto və videoları dərc edə biləcəklər. Bu funksiya daha sonra kanallarda da istifadəyə veriləcək.
Hekayələr yalnız “Telegram Premium” abunəçiləri üçün əlçatandır. Avqust ayından etibarən isə hər kəs hekayə paylaşa biləcək. Onları görmək üçün proqramı yeniləməlisiniz.
Qeyd edək ki, “Telegram”ın təsisçisi Pavel Durov funksiyanın təqdimatını əks etdirən video yayımlayıb.