telegram-loqosunu-deyisib

“Telegram” loqosunu dəyişib

“Telegram” messenceri son yenilənmə gedişatında tətbiqin loqosunu dəyişib. İnsider.az bunu “rb.ru”-ya istinadla xəbər verir.

Qeyd edək ki, şirkət funksiyalardakı digər yenilənmələr barədə xəbər verən zaman, bu yenilik haqqında elan etməmişdi.

Yeni loqo daha minimalistik görünür. O, ənənəvi rəng qammasında hazırlanıb: göy fonda ağ “təyyarəcik”. Bununla yanaşı “təyyarəcik” orta hissəsini itirib.

Cari yenilənmədə “Telegram” geoçatları, yaxınlıqda olan insanlarla bağlantı mübadiləsini və telefon nömrəsi olmadan insanı bağlantılar siyahısına əlavə etmək imkanını işə salıb.

Samirə Məmmədova