telegram-ton-blokceyn-platformasini-test-edir

“Telegram” “TON” blokçeyn-platformasını test edir

“Telegram” şirkəti “TON” ("Telegram Open Network") blokçeyn-platformasının test edilməsinə başlayıb.

İnsider.az “Vedomosti”-yə istinadla xəbər verir ki, “TON”-un test verisyasına girişi Rusiya şirkətləri daxil, dünya üzrə məhdud sayda peşəkar komandalara paylanıb.

“TON” platformasının işə salma tarixi bir neçə dəfə təxirə salınıb. Beta-versiya hələ 2018-ci ilin payızında təqdim edilməli idi. Lakin yanvarda işəsalmanı ilin əvvəlinə keçirdilər.

Qeyd edək ki, 2018-ci ilin əvvəlində Pavel Durov layihə üçün 1,7 milyard dollar cəlb etmişdi. İnvestorlar arasında Yuriy Milner, Roman Abramoviç, “Kleiner Perkins Caufield & Byers”, “Benchmark” və “Sequoia Capital”-ın adları sadalanır. Əgər platformanı 2019-cu ilin oktyabrın 31-nə kimi işə salmasalar, pullar hamsı investorlara geri qaytarılacaq.

Nəzərə çatdıraq ki, “white paper”-də (“ağ vərə”, blokçeyn-sistemin təsviri) Durovun komandası “TON”-un bitkoin və “Ethereum” blokçeynlərindən daha tez transaksiyaları emal edəcəyini və ödəniş sürəti üzrə “Visa” və “Mastercard”-la rəqabət apara biləcəyini söz vermişdi. Lakin hələ ki, blokçeyn-sistemlər onları əvəzləyə bilmir, çünki onlarla müqaisədə blokçeyn-sistemləri olduqca zəifdir.

Qeyd edək ki, sistemin “Gram” kriptovalyutası üzərində işləyəcəyi bildirilib.

Samirə Məmmədova