telegram-yazismanin-basqasi-terefinden-nece-oxuna-bileceyini-aciqlandi

“Telegram” yazışmanın başqası tərəfindən necə oxuna biləcəyini açıqlandı

Sevgiliniz, işdəki rəqibiniz, ya da telefonunuza girişi olan hər hansı bir şəxs nəzəri və praktik olaraq çatlara, “Telegram” hesabınıza giriş əldə edə bilər. Bunun üçün “verifikasiya kodu”nu vaxtında nəzərdən keçirmək kifayətdir.

“Praym”ın məlumatına görə, bu barədə  sosial medianın analizi üzrə rusiyalı ekspert Olqa Sokolova bildirib.

Onun sözlərinə görə, kiminsə “Telegram” hesablarınızdan istifadə edib-etmədiyini yoxlamaq mümkündür. Bunun üçün sessiyanın hesab sahibi tərəfindən məcbur dayandırılması lazımdır.

“Bu cür sadə və bayağı şeylərə əlavə olaraq, SİM kartı klonlaşdırmaq və SMS mesajlarını ələ keçirmək şəklində daha ciddi üsullar var. SİM kartı klonlaşdıraraq “Telegram” hesabının qeydiyyatdan keçdiyi telefon nömrəsinə giriş əldə etmək mümkündür”, - deyə ekspert qeyd edib.

Əvvəllər istifadə olunmayan cihazda messencerin hesabı aktivləşərkən “Telegram” əvvəl daxil olmuş bütün istifadəçi cihazlarına “verifikasiya kodu” göndərir. Sonra telefon nömrəsinə bu kodla SMS yollanır. Hakerlər də bu kodu götürür və başqasının hesabına girir, beləliklə yazışmalara, göndərilən bütün sənədlərə giriş əldə edə bilir (gizli çatlar istisna olmaqla)”, - deyə Sokolova xəbərdar edib.

Onun sözlərinə görə, mesajınızı hakerlikdən qorumaq üçün bildirişlərə dərhal “verifikasiya kodları” ilə cavab verməli və “Telegram” ayarlarında “başqasının sessiyası”nı vaxtında bloklamalısınız.

“Sizə qarşı məqsədi pis olan şəxs 24 saat ərzində eyni üsuldan istifadə edərək sizi “logout” edə bilməyəcək. “Telegram” bunu məhz təhlükəsizlik və bu kimi hallardan qorunmaq üçün edir”, - deyə ekspert sözlərini yekunlaşdırıb.