tesla-817-min-avtomobili-geri-cagirir

Tesla 817 min avtomobili geri çağırır

Amerikanın elektrikli avtomobil nəhəngi Tesla, təhlükəsizlik kəməri səsli xəbərdarlıq sistemindəki nasazlıq ilə əlaqədar olaraq 817 min 143 avtomobili geri çağırdığını açıqlayıb.

Şirkət problemin proqram təminatının təhlükəsizlik xətası ilə bağlı olduğunu bildirib.

2021 və 2022-ci il Model S və Model X modellərində təhlükəsizlik kəməri bağlanmadığı zaman da səsli xəbərdarlıq yaranır.

Tesla, problemi həll etmək üçün proqram yeniləməsi aparacağını qeyd edib.

Tesla-nın verdiyi açıqlamada, 31 yanvar tarixinədək bu problem ilə bağlı heç bir qəzanın olmadığı bildirilib.  

Marja