tesla-avtomobilinin-itler-ucun-tehlukeli-oldugu-askarlanib

“Tesla” avtomobilinin itlər üçün təhlükəli olduğu aşkarlanıb

“Unikrb” kiber-idman şirkətinin rəhbəri Raul Sud öz “Twitter”-ində itini “Tesla” avtomobilində itlər üçün qoşulmuş rejimdə saxladığını danışıb. Bu rejim sahibin kənarlaşdığı müddətdə salonu sərin saxlamalıdır, lakin Sudun dediyinə görə, rejim 10 dəqiqədən sonra sönüb. İnsider.az bunu "rb.ru"-ya istinadən xəbər verir.

Sud qeyd edib ki, işlərinə görə ayrılıb və qayıdan zaman “Tesla” tətbiqini açanda salondakı temperaturun, demək olar, Selsi şkalası üzrə 30 dərəcəyə kimi qızdığını və artmaqda olduğunu görüb.

Məlum olub ki, itlər üçün rejim ancaq avtomatik ayarlama zamanı çalışır, fərdi temperatur qoşduqda isə, kondisioner sönür.

Sudun tvitinə şərhlərdə İlon Mask peyda olub – o, “Tesla”-nın nasazlıq üzərində artıq çalışdığını yazıb.

Qeyd edək ki, “Tesla” itlər üçün rejimi bu ilin fevralında tətbiq edib. O, avtomobilin cihaz panelindəki kondisionerin ayarlarında aktivləşir. Yoldan keçənlərin maşındakı itə görə narahat olmaması üçün monitorun üzərində “Sahibim tezliklə dönəcək” ifadəsi işıqlanır.

Samirə Məmmədova