tesla-ilk-elektrik-yuk-avtomobilini-teqdim-edib-video

Tesla ilk elektrik yük avtomobilini təqdim edib - VİDEO

“Tesla” ilk elektrikli yük maşını “Beast”i təqdim edib. Tədbirdə “Tesla”nın yaradıcısı və rəhbəri İlon Mask iştirak edib. O, yük maşınının sükanı arxasında səhnəyə çıxıb.

“Bu bir fildir, lakin hepard kimi hərəkət edir. Tez sürətlənir və tez yavaşlayır”, - deyə o bildirib.

Şirkətin məlumatına görə, “Beast” doldurulmadan 500 mil (təxminən 800 km) qət edə bilir. Eyni zamanda, qoşqunun yükgötürmə qabiliyyəti 37 tona yaxındır. Maskın sözlərinə görə, yük maşını ultrasürətli enerjidoldurma ilə təchiz edilib.

Oxu.Az