tesla-model-y-in-reqibi-olan-elektromobilin-dizayni-aciqlandi

“Tesla Model Y”ın rəqibi olan elektromobilin dizaynı açıqlandı

“Fisker İnc.” şirkəti “Tesla Model Y”nin birbaşa rəqibi kimi görülən elektrikli avtomobilinin yeni tizerini təqdim edib.

İnsider.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət eletromobilə marağı sona kimi saxlamaq üçün avtomobilin yalnız on tərəfinin dizaynını açıqlayır.

Qeyd olunur ki, bununla şirkət elektrikli krossoverin hündürlüyünü göstərmək və onun müasir aqresiv görünüşünü vurğulamaq üçün edilir.

Xatırladaq ki, “Fisker”in yeni elektrikli krossoveri 40 min ABŞ dollarından bazara təqdim olunacaq və bir şarjdan 480 km. məsafə qət edə biləcək.

©Finans