Populyarlığı günlə deyil, saatla artan elektromobillərin qiyməti ikinci plana çəkilsə də, uzun sürən cərəyan yığması əvvəlki kimi əhəmiyyətli problem olaraq qalır. Qidalanma elementləri sənayesində sıçrayışı gözləmədən bu ilin əvvəlində elektromobillərin enerji ilə doldurulma vaxtını 5 dəqiqəyə qədər azaldılmas barədə niyyətini bildirən İlon Maskın rəhbərlik etdiyi “Tesla” şikəti, buna da nail oldu!
Xatırladaq ki, cari ilin mart ayında “Tesla” şikəti, xüsusilə “Tesla Model 3” elektrik avtomobillərinin batareyalarını enerji ilə doldurulması üçün tərtib edilmiş "Supercharger V3” enerji doldurma stansiyaları şəbəkəsini təqdim etdi. Düzdür, belə məntəqələrə hələ ki, anacaq Kaliforniyada rast gəlmək olar – dünyada daha çox ilk versiya “Supercharger”-i və “Supercharger V2” yayılıb.
“Tesla”-nın cəld enerji ilə doldurulması
Birinci nəsil “Supercharger”-in cəld enerji ilə doldurulma qüvvəsi 120 kvt-a qədər məhduddur, “Supercharger V2” artıq 150 kvt-a kimi qüvvəyə malikdir, ancaq bu göstərici, bir şarj cihazına bir neçə avtomobil qoşulduqda, əhəmiyyətli şəkildə aşağı düşür. Üçüncüsü isə 250 kvt-a qədər qüvvəsi olan cərəyanı istifadə etməyə imkan verir: demək olar, ikiqat qüvvə artımına içində maye soyutma istifadəsi mövcud olan yeni kabel konstruksiyası sayəsində nail olmaq mümkün oldu. Lakin “Supercharger V2”-lə müqayisədə əsas üstünlüyü — belə stansiyaların bir neçə avtomobi arasnda enerjini bölüşdürməyə eytiyacı olmamasıdır, buna görə də müştərilər hər zaman maksimal enerji doldurulma gücünü əldə edə bilərlər.
“Tesla” nə qədər enerji ilə doldurula bilər?
“Tesla”-nın enerji ilə doldurulma vaxtına “Model S” avtomobili misalında əyani surətdə baxmaq olar:
• Adi Mobile Connector enerji doldurma cihazı (ştat) — 29 saat
• Xüsusi adapter, NEMA 14-50 standartı olan taxıc yuvası və elektroşəbəkə modifikasiyasının istifadəsilə “Mobile Connector” — 9 saat
• High Power Wall Connector + Twin Chargers (şarj olunmanın sürətlənməsi üçün cihaz) — 4,5 saat
• Supercharger V1/V2 (120 kvt-a qədər) — 1,5 saat
• Supercharger V3 — 50 dəqiqə
“Mobile Connector”, mahiyyətcə, adi elektirk yuvasından gələn enerji ilə doldurmadır, buna görə də bu, ən uzun çəkən üsuldur və siz avtomobilinizə çıxışı bir sutkadan çox vaxta itirirsiniz. Elə bu üsul da ən əlçatan olandır: misal üçün, ABŞ-da 1 kvt-n orta dəyəri 0.08 dollar olduğu halda, “Model 3” sahibləri “Supercharger” vasitəsilə enerji doldurmaya görə, 1 kvt görə 0.28 dollar (“tam dolmuş çənə” görə təxminən 20 dollar) ödəməlidirlər. “Model S” və “Model X” sürücüləri üçün cəld enerji doldurma pulsuz təqdim edilir, qalanları üçün isə belə çıxır ki, elektromobilini evdə enerjilə doldurmaq ucuz başa gəlir. Lakin bu, nəzərə çarpacaq qədər uzun çəkəcək.
Ancaq benzin və ya dizel yanacağı ilə təmin edilmə ilə müayisədə 50 dəqiqə enerji doldruma da çox uzun vaxtdır. Bir çox enerji doldurma aparatlarının ticarət mərkəzləri, kafe və restoranlardan uzaqda quraşdırldığını nəzərə alsaq, avtomobil sahibinin bu vaxt ərzində nə ilə məşğul olacağı aydın deyil.
“Supercharger V3”-lə isə cəmi 5 dəqiqəyə elektirk avtomobilin gediş ehtiyyatını 120 km qədər artırmaq mümkündür. Gələcəkdə enerji doldruma artıq pik həddə deyil, 150-200 kvt qüvvədə baş verəcək.
“Tesla”-nı evdə necə enerji ilə təmin etmək olar?
Evlərdə çox vaxt ya xüsusi adapter, NEMA 14-50 standartı olan elektrik yuvası və elektroşəbəkə modifikasiyasının istifadəsilə “Mobile Connector”, ya da cari ilin əvvəlində təqdim edilmiş “Wall Connector” quraşdırılır. Sonuncusu “Mobile Connector”-dan daha tez enerji doldurma zamanı təklif edir — “Mobile Connector” maksimum 32 amper verdiyi halda, “Wall Connector” 40 amperədək təmin edir.
“Tesla”-nı ticarət mərkəzində necə nerji ilə təmin etmək olar?
Burada hər şey konkret bir yerdən asılıdır, lakin çox vaxt ticarət mərkəzlərində maksimum “High Power Wall Connector”, qat-qat nadir hallarda isə “Supercharger V1” və ya “V2” tapmaq olur. Ona görə də “Tesla”-nın tam enerjilə doldurulması ancaq, bəlkə də, “Avatar” filminin rejissor versiyasını izləyərkən və restorana getmək zərurətilə birgə mümkün olar.
“Tesla”-da batareyalar necə dəyişir?
“Tesla”-nı batareyalarının enerjilə doldurulması texnologiyalarının və elketromobillərin inkişafında haqqlı olaraq lider və əsas yenilikçi sayırlar. Məsələn, şirkət hətta “Tesla Model S” qidalanma altsistemini zədələdiyi halda, onun tam əvəzolunma xidmətini təklif edir. Xüsusi stansiyalarda batareya blokunun dəyişdirilməsinə cəmi 90 saniyə vaxt sərf edilir.
Avtomobilin qaldırılması üçün xüsusi tərtib edilmiş platforma istifadə olunur – onun altında batareyanın çıxarılması və quraşdırılması üçün avadanlıq yerləşdirilib. Fiksator və qaykaaçanların vasitəsilə maşının altından akkumulyator çıxarılır və sonra növbəti təkrar elektrik doldurma üçün platformanın altına götürülür. Onun yerinə isə təzə batareya quraşdırılır.
Yalnız “Tesla”?
Digər istehsalçılar Kaliforniyalı şirkətə çatmaq istəyirlər, lakin bu, onlarda pis alınır. Hazırda ən populyar şarj stansiyaları yapon standartı olan “CHAdeMO” bazasında əsaslanmış və 50 kvt-a qədər cərəyan təklif edən texnologiyaları istifadə edir. “BMW” və “General Motors”, məsələn, 100 kvt-a qədər qüvvə verən “SAE J1772” standartı əsasında yeni şarj edilmə sistemlərini tərtib edirlər. Bəli, istisnalar da var – misal üçün, “Volkswagen”-in tərtib etdiyi “Electrify America” stansiyaları 350 kvt-a qədər qüvvə ilə təmin edir, lakin kabellərində problem var, buna görə də ilin əvvəlində bu enerji yığma stansiyaları müvəqqəti bağlanmalı oldu.
“Tesla” batareya blokları isə, ekspertlərin fikrincə, tutum üzrə rəqib elektromobillərdə quraşdırılmış analoqlarını ən azı üç dəfə üstələyir. “Tesla”-nın uğur rəhni, onlara görə, şirkətin bütün lazımi komponentləri sərbəst tərtib edib istehsal etməsidir. Məz bu, şirkətə ən qısa zamanda şarj stansiyaları və batareyalarının xüsussiyyətlərini yaxşılaşdırmağa imkan verəcək.
Daha da tez mümkündür?
Hal-hazırda tez elektirk doldurmanın əsas problemi batareyaların həddən artıq qızmasıdır. Buna yol verməmək üçün cihazın xarici elektrik doldurma qurğusu hər millisaniyəyə batareyanın vəziyyətini təhlil edir və əsas göstəricilərini (gərginlik və temperatur) izləyir.
Qoyulmuş hədəfə çatmaq üçün təkcə şarj stansiyalarının əhəmiyyətli təkmilləşdirilməsi yox, həmçinin elektrik şəbəkə ilə qarşılıqlı təsirin yaxşılaşdırılması da lazım olacaq. “Tesla” həmçinin modernizasiya nəticəsində yaranacaq şarj stansiyalarındakı qiymət artımı probleminin də günəş batareyalarının quraşdırılması vasitəsilə yanından ötməyə çalışır.
Şirkət ilk “Supercharger” stansiyasını 2012-ci ilin sentyabr ayında açıb. O vaxtdan ABŞ ərazisində 12 888, bütün dünyada isə aralarında “Supercharger V1/V2” də olan 1441 cəld elektrik doldurma stansiyası açılıb.
Yeri gəlmişkən, hazırda avtomobil həvəskarları “Chrysler”, “Land Rover”, “Volvo” və digərlərindən daha çox “Tesla” alırlar.
Artıq yaxın 2-3 ilə “Tesla” 350 kvt-lıq elektrik doldruma stansiyalarını istifadəyə buraxacaq (onlar necə adlanacaq? V3s?) Problem ondadır ki, belə qurğular olduqca bahalı olacaq: hazırda “V3” bir yana, heç adi “Supercharger”-ə hər yerdə rast gəlmək mümkün deyil. Ancaq yenə də bütün bunlara baxmayaraq, bu, benzin və dizel avtomobillərinin bostanına atılan böyük daşdır.
Samirə Məmmədova