tesla-nin-yeni-batareyalari-1-6-milyon-kilometre-bes-edecek

“Tesla”nın yeni batareyaları 1,6 milyon kilometrə bəs edəcək

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti “Model S” və “Model X”in batareyalarını təkmilləşdirib.

İnsider.az xəbər verir ki, şirkətdən verilən məlumata əsasən nəticədə bir şarjdan qət olunan məsafə 10% artaraq “Model S” üçün 595 kilometr, “Model X”- 523 kilometr olub.

Şirkətin təsisçisi İlon Mask təkmilləşdirilmiş batareyaların iki dəfə tez şarj olunduğunu bəyan edib. Onun sözlərinə görə yeni batareyalar avtomobil sahibinə 1,6 milyon kilometrə kimi xidmət edəcək.

©Finans.az