“Tesla İnc.” şirkəti Çinin e-commerce nəhəngi “Alibaba Group”a məxsus “Tmall” saytında özünəməxsus rəsmi onlayn satış dükanını açıb.
İnsider.az xəbər verir ki, bununla da ABŞ-ın elektrik avtomobillər istehsalçısı Çində buraxdığı “Model 3”ün yerli bazarda yayılması üçün ilkin addım atıb.
Yeni dükan vasitəsilə istehlakçılar “Tesla”nın “Model S”, “Model X”, “Model 3” avtomobillərini virtual şəkildə test drive etmək və onlara aid müxtəlif aksesuarları, o cümlədən batareya və fiziki açar əldə etmək imkanı qazanacaqlar.
Həmçinin ayın 21-dən “Tesla”nın başlayacaq 8 günlük onlayn yayım sessiyası müddətində uşaqlar üçün mini modellərin təqdim olunması, “Model 3” üçün 48 saatlıq test drive imkanı, enerji yükləmək üçün kuponların verilməsi gözlənilir.
Çin Səırnişin Avtomobilləri Asosiasiyasına (CPCA) görə “Tesla” mart ayında bu ölkədə 10.160 satış göstəricisinə nail olub ki, bu da şirkətin ən yüksək aylıq nailiyyətidir.
Qeyd edək ki, “Tesla” şirkəti xaricdəki yeganə müəssisəsi olan Şanhaydakı müəssisəsində 150 min ədəd “Model 3”, bütövlükdə isə 500 min ədəd elektrik avtomobil istehsal etməyi nəzərdə tutur.
Report