tesla-qiymetleri-artirdi

Tesla qiymətləri artırdı

Elektromobil istehsalçısı Tesla-nın Model 3 və Model Y qiymətləri növbəti dəfə artırılıb.

Tesla şirkəti növbəti dəfə istehsal etdiyi elektromobilləri bahalaşdırıb.   

Tesla Model 3 Standart Range Plus-un qiyməti 43 min 990 dollardan 44 min 990 dollara, Model Y Long Range-in qiyməti 56 min 790 dollardan 57 min 790 dollara qaldırılıb.

Digər modellərin də qiymətləri artırılıb.

Bu artımlar ilə ən ucuz modelin qiyməti bu il 20%-dən çox yüksəlib.