tesla-roadster-kosmik-avtomobili-gunes-etrafinda-ilk-dovreni-basa-vurub

“Tesla Roadster” kosmik avtomobili Günəş ətrafında ilk dövrəni başa vurub

Amerikalı sahibkar İlon Maska məxsus “Tesla Roadster” kosmik avtomobili Günəş ətrafında ilk uçuş dövrəsini başa çatdırıb.

İnsider.az xəbər verir ki, “Tesla Roadster” 2018-ci ilin fevralında “Falcon Heavy” raketinin test missiyasının faydalı yükü kimi buraxılan idman elektromobilidir. Buraxılışın məqsədi raketin faydalı yükü Mars orbitinədək buraxa bilməsini nümayiş etdirmək olub. Bu dəfə isə elektromobil Günəş ətrafında tam bir orbiti başa vurub. Qət edilən məsafənin uzunluğu təxminən 1 226 milyon kilometr təşkil edir ki, bu da avtomobilin zəmanət müddətini 21 min dəfədən çox üstələyir.

“Tesla Roadster” kosmosa hələ də kosmik avtomobilin sükanı arxasında olan skafandr geymiş manekenlə birgə göndərilib. Kosmik avtomobil 2018-ci ilin noyabrında Mars yaxınlığından keçib və indi yenidən Qırmızı planetə yaxınlaşmağa başlayıb.

Müşahidəçilər qeyd edir ki, “Tesla Roadster” yüksək sürətlə hərəkət etməkdə davam edir və onun hərəkət trayektoriyasını xüsusi sayt vasitəsilə izləmək mümkündür.

ICTnews