tesla-sirketi-oz-layihesini-ise-salib

“Tesla” şirkəti öz layihəsini - İŞƏ SALIB

“Tesla” kiçik sərmayə ilə böyük ödənişlər vəd edən öz sığorta proqramını işə salıb. Yeni layihə “Tesla” avtomobillərinin sahiblərinə 20%-lik, bəzi hallarda isə 30%-lik faiz dərəcəsini təşkil edir.

Insider.az xəbər verir ki, Sığortanın “Tesla” nın bütün avtomobillərini əhatə edəcəyi güman edilir. Şirkət qeyd edir ki, bu sığorta bütün ştatlarda işləyəcək.

Texnologiya, təhlükəsizlik və təmir xərcləri, faiz dərəcələrinin aşağı olması da bununla bağlıdır.

Digər tərəfdən, “Tesla” müştərilərinə həyatlarına girməməyi vəd edir: şirkət sürücünü izləmək üçün GPS naviqasiya və ya yol kameralarından istifadə etməyəcəkdir.

Hələki “Tesla Insurance” sığortasından yalnız fiziki şəxslər istifadə edə bilirlər. Gələcəkdə layihə kommersiya nəqliyyatı üçün də inkişaf elətdiriləcək.

©Banker.az