“Tesla” şirkəti alternativ mənbələrdən yığılmış enerjinin saxlanması üçün “Megapack” batareyasını təqdim edib. İnsider.az şirkətin bloquna istinadən xəbər verir ki, onların vasitəsilə ən az üç aya ətraf mühit üçün təhlükəsiz 250 meqavattlıq elektrik stansiyası qurmaq mümkün olacaq.
“Megapack” akkumulyatorların tutumu 3 meqavatt/saata çatacaq, onlardan hər birini “Tesla” tətbiqə tam hazır buraxmağı planlaşdırır. Ehtimal edilir ki, gələcəkdə bu cihazlar günəş batareyaları və külək generatorlarının enerjisini istifadə edərək pik yüklənmə anlarında elektrik şəbəkələrin işləməsini dəstəkləyə biləcək.
“Tesla” həmçinin “Megapack”-in idarə olunması üçün proqram təminatı da hazırlayıb. Onlar “Powerhub” monitorinq sisteminə və “Autobidder” enerji ticarəti platformasına qoşulacaqlar.
Samirə Məmmədova