Bu ilin birinci rübündə satışlar proqnozları üstələyib.
Qlobal elektrikli avtomobillər isteahsalçısı Tesla 2021-ci ilin birinci rübünün nəticələrini açıqlayıb.
Şirkət nəzərdə tutulan 168 min ədədlə müqayisədə daha çox - 185 min elektromobil təchiz edib. Birinci rübdə həmçinin 180,4 min ədəd elektrikli avtomobil istehsal olunub.
Ən çox satılan modellər Model 3 Sedan və Model Y SUV-lar olmuşdur.
Şirkət daha bahalı modelləri olan Model S sedanlarını və Model X SUV-larını bu rüb istehsal etməyib, sadəcə inventarda olan modellərdən 2020 ədədini təchiz edib.
Tesla bu ildən etibarən Plaid Model X və S markalı lüks biznes sedanlar da dövriyyəyə buraxacağını bildirib. Model S-in qiyməti hazırda Teslanın rəsmi veb səhifəsindəki məlumatlara əsasən 80 min dollarla 150 min dollar arasında dəyişir.
Marja