teslanin-cindeki-satislari-ikiqat-artib

Teslanın Çindəki satışları ikiqat artıb

Elektrikli avtomobil (elektromobil) istehsalçısı Teslanın Çindəki avtomobil satışları, 2020-ci ildə koronavirus epidemiyasına baxmayaraq 2019-cu illə müqayisədə 2 dəfədən çox artıb.

Teslanın 2020-ci ildə Çindəki 6,66 milyard dollarlıq avtomobil satışı, şirkətin cəmi reallaşdırdığı 31,54 milyard dollarlıq satışın 21%-ni təşkil edib. Şirkətin 2019-da Çindəki satış miqdarı 2,98 milyard dollar olaraq qeydə alınmışdı.

Şirkətin Çindəki müvəffəqiyyətinə baxmayaraq, ABŞ, Teslanın keçən ilki satışlarında şirkətin ən böyük bazarı olmağa davam edib. Elektrikli avtomobil istehsalçısı ABŞ-da keçən il, cəmi satışının az qala yarısı qədər bir satış (15,21 milyard dollar) reallaşdırıb.

Tesla, ötən il Şanxaydakı zavodunda istehsalı artırmaq qərarı qəbul etmişdir. Çinin Minik Avtomobilləri Təşkilatının məlumatlarına görə, Teslanın istehsal etdiyi Model 3 adlı avtomobili 2020-də ölkədə ən çox satılan elektrikli avtomobil olub.

Teslanın Nio və Xpeng kimi Çinin yerli elektrikli avtomobil istehsalçıları ilə rəqabət etmək məcburiyyətində qalması və istehsal etdiyi avtomobillər üzərindəki qanuni yoxlamaların artması şirkətin Çindəki fəaliyyətlərini çətinləşdirib. Çinin Dövlət Bazar Nəzarəti və Tənzimləmə İdarəsi internet saytından etdiyi açıqlamada, Teslanın istehsal etdiyi vasitələrdə reallaşan qəzalara bağlı istehlakçı şikayətlərindəki artım səbəbilə Teslanın yerli yan sənaye şirkətləri ilə danışıqlar apardığını bildirmişdi.

Marja