Çinin “ByteDance” şirkəti “Oracle” korporasiyasını “Tik-Tok” sosial şəbəkəsinin Amerika seqmentinin alıcısı olaraq seçib.
İnsider.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, “ByteDance” şirkətinin “Tik-Tok”u satmaq üçün ABŞ və Çin hökumətləri tərəfindən imzalanacaq sazişə ehtiyacı var.
Öz növbəsində “Microsoft”dan bildirilib ki, “ByteDance” ABŞ-dakı “Tik-Tok” bölməsini ona satmaqdan imtina edib.
“Oracle” korporasiyası “Microsoft”dan sonra gəlirlərinə görə ABŞ-da ikinci ən böyük proqram təminatı yaradıcısıdır.
Xatırladaq ki, Donald Tramp “Microsoft” və ya digər Amerika kompaniyasına satılmayacağı təqdirdə “Tik Tok” əlavəsinin ABŞ-da fəaliyyətini dayandıracağını bildirmişdi.