tiktok-3-milyard-dollardan-cox-kredit-goturecek

TikTok 3 milyard dollardan çox kredit götürəcək

TikTok sosial şəbəkəsinin sahibi olan Çin şirkəti "ByteDance", ABŞ -ın investisiya bankları ilə borcunun yenidən maliyyələşdirilməsi üçün 3 milyard dollardan çox kredit almaq üzrə danışıqlar aparır. 

Bu barədə çərşənbə günü "Reuters" iki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərindən birinin dediyinə görə, şirkət borcunu ödəmək üçün indiki aşağı faiz dərəcələrindən istifadə etməyi planlaşdırır, lakin kreditin həcmi və təmin edilmə şərtləri ilə bağlı son qərar hələ verilməyib.

"ByteDance" məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Digər bir məlumata görə, "ByteDance" banklar ilə 4 - 5 milyard dollar civarında bir krediti müzakirə edir. Bu vəsaitdən yalnız borcları yenidən maliyyələşdirmək üçün deyil, həm də xarici genişlənməni maliyyələşdirmək üçün istifadə etməyi planlaşdırır.

"ByteDance", 2012 -ci ildə qurulan və qərargahı Pekində yerləşən bir texnologiya startapıdır. Keçən il şirkət gəlirini ikiqat artıraraq 34 milyard dollara çatdırıb. Şirkətin dəyəri 200 ilə 400 milyard dollar arasında dəyişir. Şirkətin xidmətlərindən və tətbiqlərindən istifadə edən aktiv istifadəçilərin sayı ayda 1,9 milyard nəfərə çatır, onlardan təxminən 1 milyardı "TikTok" istifadəçiləridir.

Marja