“Instagram” qısa video seqmentində “TikTok” ilə rəqabət aparmağa çalışır, lakin ABŞ sosial şəbəkəsinin ən populyar funksiyası lentdə və yalnız 24 saat ərzində mövcud olan məzmunlu hekayələr bölməsində fotoşəkillərin dərci olaraq qalır. İndi “TikTok” həmçinin “Instagram”ın foto lenti ilə rəqabət aparacaq öz tətbiqi üzərində işləyir.
“TikTok” tətbiqinin ən son versiyasında yeni “TikTok Photos” proqramına çoxlu keçidlər tapılıb. Tətbiq güman ki, “Instagram”a çox bənzəyəcək. Bu proqram dostlar və ailənin görməsi üçün fotoşəkilləri yerləşdirmək üçün lentə sahib olacaq. Əsas “TikTok” tətbiqindən bəzi məzmunları burada yerləşdirmək də mümkün olacaq.
“TikTok Photos” üçün hələlik buraxılış tarixi olmasa da, tezliklə rəsmi açıqlama gözlənilir.
Oxu.Az