“TikTok” sosial şəbəkəsinin sahibi, Çinin “ByteDance” şirkəti öz fərdi smartfonunu hazırlamaq fikrindədir. İnsider.az bunu “Financial Times”-a istinadla bildirir.
Smartfon auditoriya əhatəetməsinin genişləndirilməsi məqsədilə xəbər lenti, videoplatforma və oyunlar daxil, bir neçə fərdi tətbiqlərlə satılacaq.
“ByteDance”-ın planları ABŞ-ın “Huawei” məhsulları və servislərini qadağan etməsindən sonra məlum olub. Çin şirkətləri bundan sonra Amerika servisləri və komplektasiya hissələrindən asılılığın ləğv edilməsi, eləcə də daha çox öztəminat barədə düşünəcəklər. Lakin ekspertlər “ByteDance”-ın təşəbbüsünə şübhə edirlər. Onların fikrincə, bazarda “ByteDance” telefonlarına praktiki olaraq yer yoxdur.
Samirə Məmmədova