“TikTok” sosial şəbəkəsinə sahib olan Çinin “ByteDance” şirkəti öz fərdi smartfonunun tərtibatı ilə məşğul olduğunu təsdiqləyib. Buna qədər şirkət smartfon sitehsalçısı olan “Smartisan Technology” ilə saziş bağlayıb. İnsider.az bu barədə “CNBC”-yə istinadla xəbər verir.
Cihaz haqda hər hansısa təfərrüatlar hələ ki, naməlumdur. Çinin “Caijing” nəşriyyatının məlumatına görə, şirkət smartfon üzərində son yeddi aydır ki, çalışır. Layihə üzərində işə “Smartisan”-ın keçmiş rəhbəri Vu Deçjou başçılıq edir.
Qeyd edək ki, “ByteDance”-in öz smartfonunun yaradılması barədə düşünməsi xəbərləri hələ bu ilin may ayında “Financial Times”-da çıxmışdı. Mənbələrə görə, şirkət smartfonlarına öz tətbiqlərinin quraşdırılmasını planlaşdırır.
Xatırladaq ki, cari ilin əvvəlində “ByteDance” “Smartisan”-ın bir neçə patentini alıb.
Samirə Məmmədova