tiktok-un-android-versiyasinda-tehlukeli-bosluq-askar-edilib

“TikTok”un “Android” versiyasında təhlükəli boşluq aşkar edilib

“Microsoft”un informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri “TikTok”un “Android” versiyasında istifadəçilərin hesablarını oğurlamağa imkan verən kritik boşluq aşkar ediblər.

Məlum olub ki, qurbanlara zərərli linklər göndərilib. İstifadəçinin smartfonunda bu keçid açıldıqda, “TikTok” tətbiqi daxilində “Android” modulun “baq”ı işə düşür, bu da dələduzun hücuma məruz qalan hesab üzərində tam nəzarətini təmin edir.

“Hakerlər istifadəçinin hesabını nəzarətə götürə, sonra hesabı dəyişdirə və ondan məxfi məlumatları - şəxsi videoları, mesajları və s. çıxara bilər”, - deyə “Microsoft 365 Defender Research” qrupunun eksperti Dimitris Valsamaras bildirib.

Hazırda problemin aradan qaldırıldığı vurğulanıb. “Microsoft” mütəxəssisləri aşkar edilmiş problemlə bağlı “TikTok” tərtibatçılarını xəbərdar edib və boşluq aradan qaldırılıb.

Oxu.Az