Axşam 10-dan səhər 6-ya qədər də olmaz...
Qısa videoları ilə məşhurlaşan TikTok sosial şəbəkəsinin Çin versiyası, aylıq 490 milyon istifadəçisi olan Douyin uşaqlar üçün bu proqramdan istifadə müddətini məhdudlaşdırıb.
Ötən həftə sonu yayılan açıqlamada ana şirkət ByteDance Douyin-də “yeniyetmə” rejiminin aktivləşdirildiyini bldirib.
Bu funksiya 14 yaşdan aşağı uşaqların proqramda gündə 40 dəqiqədən artıq vaxt keçirməsinə imkan vermir. Həmçinin, axşam saat 22:00-dan səhər saat 06:00-a qədər də sosial şəbəkəyə giriş uşaqlar üçün bloklanacaq.
Şirkət valideynlərə müraciət edərək, uşaqlarının öz adları ilə qeydiyyatdan keçməsinə kömək etməyə, əks təqdirdə sosial şəbəkədə “yeniyetmə” rejimini aktivləşdirməyə çağırıb.
Hələlik, gerçək adları ilə qeydiyyatdan keçməyən istifadəçilərə qarşı məhdudlaşdırıcı tədbirlərin necə təmin olunacağı məlum deyil...