tiktok-yeni-funksiyani-sinaqdan-kecirir-foto

“TikTok” yeni funksiyanı sınaqdan keçirir - FOTO

“TikTok” yeni baxış tarixçəsi funksiyasını sınaqdan keçirir.

Bu, baxdığınız videoları tez tapmağa imkan verəcək.

Yeni funksiyanı “Twitter” istifadəçisi Hammod Oh kəşf edib. O, parametrlər menyusunda “Baxış Tarixçəsi” bəndini göstərən skrinşot yerləşdirib.

Baxış tarixçəsi səhifəsinin necə görünəcəyi və ya əvvəllər baxılmış videoların necə toplanılacağı barədə hələlik heç bir təfərrüat yoxdur.

 

Oxu.Az