tovuzda-doyusler-siddetlendi

Tovuzda döyüşlər şiddətləndi

Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər intensivləşib. 

Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin Tovuzun Ağdam kəndi ərazisindəki mövqelərini artilleriya atəşinə tutur. 

Artıq iriçaplı silahlardan da istifadə edilir. Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır. 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq, Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. 

Oxu.Az