Son zamanlar texnologiya şirkətləri elektrikli avtomobil planlarını sürətləndiriblər.
Avtomobil sektorundan texnologiya şirkətlərinə xəbərdarlıqlar edilir. Apple-ə səslənən Toyota-nın İdarə heyətinin sədri Akio Toyoda avtomobil işinin asan bir iş olmadığını bildirib.
Toyota-nın sədri, avtomobil sektorunda lazım olan texnologiyanı çıxarmaqdan daha çox avtomobil satmağın daha böyük bir çətinlik olduğu barədə Apple-i xəbərdar edib.
Apple-ın ilk avtomobilini istehsal etməsinin ehtimalla 5 il ərində mümkün olacağı təxmin edilir. Amma ağıllı telefon istehsalçısı indidən avtomobil sektorunu sarsıtmış kimi görünür.
Toyota və Volkswagen digər şirkətlər ilə müqayisədə daha az narahat görünürlər. Volkswagen-in İcraçı direktoru Herbert Diess Apple-ın bazara girişindən qorxmadığını söyləmişdir.
Avtomobil sektorunun texnologiya sektorundan daha fərqli olduğunu ifadə edən Diess, "Apple bir gecədə sektoru ələ keçirə bilməyəcək" deyib.
Toyoda isə yeni texnologiya şirkətlərinin girişininin avtomobil sektoruna yeni bir nəfəs gətirəcəyini qeyd edərək bildirib: "Bu girişlər müştərilər üçün ədalətli olmalıdır. Bu şirkətlər istehsal etdikləri avtomobillərin həyat dövründə, servisdən utilizasiyasına qədər bütün məsuliyyəti götürməlidirlər".
Marja