toyota-nin-xalis-menfeeti-25-azalib

"Toyota"nın xalis mənfəəti 25% azalıb

Yapon avtomobil konserni “Toyota Motor Corp.” 2018-2019-cu maliyyə ilinin nəticələrinə görə 1,882 trilyon yen (17 milyard ABŞ dolları) məbləğində xalis mənfəət əldə edib.

İnsider.az xəbər verir ki, bu, əvvəlki ilin göstəriciləri ilə müqayisədə 24,5% azdır.

Şirkətin məcmu gəlirləri hesabat dövründə 2,9% artaraq 30,225 trilyon yen (273,1 milyard dollar) təşkil edib.

Ötən ildə “Toyota” 8,977 milyon avtomobil satıb ki, bu da əvvəlki ilə nisbətən 0,1 çoxdur.

2019-20-ci maliyyə ilinin nəticələrinə görə şirkət 30 trilyon yen (271,1 milyard dollar) gəlir, 2,25 trilyon yen (20,3 milyard dollar) xalis mənfəət almağı proqnozlaşdırır.

©Finans.az