toyota-uber-e-yatirim-edecek

“Toyota” “Uber”-ə yatırım edəcək

“Toyota Motor”, “Denso” və “SoftBank Vision Fund” şirkətləri “Uber Technologies Inc”-in pilotsuz avtomobillərin hazırlanması üzərində ixtisaslaşan şöbəsinə 1 milyard dollar ayıracaqlar.

İnsider.az-ın məlumatına görə, bu barədə “Uber”-in ismarışında deyilir.

“Uber”-lə olan sövdələşmə şərtlərinə əsasən, “Toyota” və “Denso” müştərək şəkildə “Advanced Technologies Group”-un(“Uber ATG”) pilotsuz avtomobil tərtibatçısına 667 milyon, “SoftBank Vision Fund” isə 333 milyon dollar investisiya ayıracaqlar. Şirkət əlavə edir ki, investisiya həcmindən nəticə çıxararaq, “Uber ATG” 7,25 milyard dollar məbləğində qiymətləndirilir.

“Toyota” bununla yanaşı növbəti üç il ərzində əlavə 300 milyon dollara qədər yatırım edə bilər. “Uber” xatırladır ki, bu, “Toyota” tərəfindən ayrlan ilk investisiya deyil. Yapon şirkəti “Uber”-ə artıq 2018-ci ilin avqustunda 500 milyon dollar ayırmışdı.

“Uber”-in baş direktoru Dara Xosrovşahi (Dara Khosrowshahi) qeyd edib ki, yeni investisiyalar “Uber”-ə texnoloji avtomatik idarəetmənin inkişafında qabaqcıl mövqedə qalmağa kömək edəcək.

Samirə Məmmədova