Kriptovalyutalar etibarlı deyil və cinayət əməllərinin törədilməsinə yardımçı ola bilər.
İnsider.az "TASS"-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.
Bitkoinin və digər kriptovalyutaların fanatı olmadığını deyən dövlət başçısı qeyd edib ki, onlar pul sayılmır:
“Kriptovalyutaların dəyəri çox dəyişkəndir və heç nəyə əsaslanmayıb. Tənzimlənməyən kriptoaktivlər qanunsuz fəaliyyətə, o cümlədən, narkotik maddələrin ticarətinə kömək edə bilər”.
D.Tramp əlavə edib ki, ABŞ-da yalnız bir real valyuta var:
“Bu da ABŞ dollarıdır. Dollar heç vaxt olmadığı qədər sabit və etibarlıdır. O, dünyada hökmran valyutadır və həmişə də belə qalacaq”.
© Oxu.az