tramp-facebook-un-rehberi-zuckerberg-ile-gorusub

Tramp Facebook-un rəhbəri Zuckerberg ilə görüşüb

ABŞ Prezidenti Donald Tramp, sosial media platforması Facebook-un rəhbəri Mark Zuckerberg ilə Ağ Evdə görüşüb

İnsider.az xəbər verir ki, Tramp, rəsmi Twitter hesabından verdiyi açıqlamada, "Facebook-un İcraçı direktoru Mark Zuckerberg ilə bu gün Oval Ofisdə gözəl bir toplantı keçirdik", - ifadəsini istifadə edib.

Tramp, Zuckerberg ilə görüş zamanı çəkilən bir foto da paylaşıb.

Mövzuya yaxın mənbələr tərəfindən verilən məlumata görə, toplantıda Trampın kürəkəni və baş məsləhətçisi Jared Kushner və Trumpın sosial media meneceri Dan Scavinonun da iştirak edib.

Facebook-dan verilən yazılı açıqlamada isə "Mark, gələcəkdə həyata keçiriləcək internetin tənzimlənməsinə dair siyasətçilərinin narahatlıqlarını dinləmək və onlarla danışmaq üçün Vaşinqtondadır. Mark həmçinin Prezident Tramp ilə də bu gün Ağ Evdə gözəl və konstruktiv görüş keçirib", -məlumatı verilib.

Prezident Tramp, tez-tez Facebook və digər sosial media platformalarını ona qarşı olan siyasi düşüncələrə dəstək verməkdə tənqid edir.

©"Marja"