tramp-iran-muharibe-isteyirse-bu-resmi-olaraq-sonu-olacaqdir

Tramp: İran müharibə istəyirsə bu rəsmi olaraq sonu olacaqdır

ABŞ Prezidenti Donald Tramp, sərt bir dil istifadə etdiyi "tweet"ində, "İran müharibə istəyirsə bu rəsmi olaraq İranın sonu olacaqdır. Bir daha ABŞ-ı təhdid etmə" sözlərini istifadə edib.

İnsider.az xəbər verir ki, iki ölkə arasında son dövrdə yaşanan gərginlik Orta Şərqdə "bir müharibə başlayar?" sualının daha çox soruşulmasına səbəb olub.

Tramp "tweet"ini, İraqın paytaxtı Bağdadda ABŞ Səfirliyinin də yerləşdiyi Yaşıl Bölgəyə bir mərminin atılmasının ardından yazıb.

İki tərəfdən öncəki açıqlamalarda müharibə istəmədikləri vurğulanmışdılar.

ABŞ Prezidenti Tramp, bölgədə "qarşıdurmadan qaçınmaq istədiyini" söyləyərkən, İran Xarici işlər naziri Cavad Zərif də Tehranın bir müharibə istəmədiyi mesajını vermişdi.

©Marja