tramp-irana-zerbeni-konqressin-raziligi-olmadan-endire-bileceyini-soyleyib

Tramp İrana zərbəni Konqressin razılığı olmadan endirə biləcəyini söyləyib

ABŞ prezidenti Donald Tramp “The Hill” nəşriyyatına müsahibəsində bildirib ki, o, Konqressin razılığını əldə etmədən İrana qarşı hərbi əməliyyatları başlamaq səlahiyyətindədir.

İnsider.az-ın məlumatına görə, bununla yanaşı Tramp Konqressi öz addımları barədə “agah etməyə” üstünlük verdiyini, lakin qanuni əsaslarda bunu etməyə məcbur olmadığını deyir.

Həmçinin ABŞ prezidenti müvəqqəti imtina etdiyi İrana zərbə endirmək planlarını təkrar şərh edib.

“Biz zərbə barədə qərar almağa olduqca yaxın idik. O zaman mən bunu etməməyə qərar verdim... Mən bu qərarı müəyyən vaxta almağı planlaşdırırdım, lakin bunun mütənasib olmayacağına görə belə etməməyə qərar verdim”, - deyə Tramp əlavə edib.

Xatırladaq ki, iyunun 24-ü ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Samirə Məmmədova