tramp-iranin-nuve-sazisinden-elde-etdiyi-geliri-aciqlayib

Tramp İranın nüvə sazişindən əldə etdiyi gəliri açıqlayıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, nüvə sazişi İrana ən azı, 150 milyard dollar gətirsə də, o, Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) şərtlərinə əməl etmirdi. İnsider.az bu barədə xəbəri “Kommersant”-a istinadla çatdırır.

Tramp rəsmi Tehranı HBFP-nın icazə verdiyi aşağı dərəcədə zənginləşdirilmiş uran ehtiyatının həcmini artırmaqda da ittiham edib. O, bu barədə öz “Twitter” hesabında yazıb.

Xatırladaq ki, 2015-ci ildə İran və ABŞ daxil, dünyanın altı aparıcı dövləti Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) imzalamışdı. Bu saziş sanksiyaların aradan qaldırılmasına əvəz olaraq, İranın nüvə proqramından imtinasını və zənginləşdirilmiş uranın həcmi 300 kq-ı keçdikdə artıq olanı satacağını nəzərdə tuturdu. Lakin 2018-ci ilin mayında ABŞ HBFP-dən çıxdığını elan edərək İrana qarşı sanksiyalar tətbiq etdi.

Samirə Məmmədova