ABŞ prezidenti Donald Trampın seçkiqabağı qərargahının keçmiş rəhbəri Pol Manafort Kanaan federal həbsxanasına gətirilib.
İnsider.az-ın məlumatına görə, bu barədə ABŞ həbsxanaları reyestrində deyilir.
Siyasi texnoloq Manafort 2024-cü il dekabrın 25-i azadlığa çıxacaq. Kanaan Veymart şəhərində yerləşən sərt rejimli cəzaçəkmə müəssisəsidir.
Mart ayında məhkəmə Manafortu Merilend ştatındakı Kamberlend federal həbsxanasına göndərməyi tövsiyyə edib. Orada italyan mafiyasının liderləri və islamçı terrorist qruplaşmasının rəhbəri saxlanılır.
Xatırladaq ki, Vaşinqtonda məhkəmə Manafortu onun şahidlərə təzyiq etdiyinə və xaricdə qeyri-qanuni lobbiçilik fəaliyyətinə görə 3,5 il həbs cəzası kəsib. Həmçinin, o, zərərin əvəzi olaraq təxminən altı milyon dollar təzminat ödəməlidir.
Daha əvvəl isə Virciniyada məhkəmə onu həmçinin vergi və bank dələduzluğunda günahkar olduğunu qəbul edib.
Samirə Məmmədova