Prezident Donald Tramp Fransanın ABŞ şirkətləri də daxil olmaqla nəhəng texnoloji firmalara yeni verginin tətbiq olunması qərarına sərt reaksiya verib.
Insider.az xəbər verir ki, Tramp bu barədə Tvitter səhifəsində qeyd edib.
Fransa prezidentinə qarşı sərt fikirlər səsləndirən ABŞ prezidenti yazıb ki, Makronun axmaqlığına tezliklə cavab veriləcək: “Fransa Amerikanın ən böyük texnoloji şirkətlərinə yeni vergi tətbiq etdi. Makronun axmaqlığına tezliklə cavab verəcəyik. Həmişə demişəm ki, Amerika şərabı fransız şərabından yaxşıdır”.
Qeyd edək ki, Fransa Parlamenti dünyada 750 milyon avro, Fransada isə 25 milyon avro dövriyyəsi olan şirkətlərə 3 faiz gəlir vergisi tutulmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Bu qanun Google, Apple, Facebook, Amazon kimi internet nəhənglərinə də şamil ediləcək.
©APA